Qərbi Azərbaycan Xronikası: “Qəbiristanlığı, dini abidəni dağıtmaq vəhşiliyin bariz nümunəsidir” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Qəbiristanlığı, dini abidəni dağıtmaq vəhşiliyin bariz nümunəsidir” - VİDEO

180033

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadə olub.

O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb.

Bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni məskunlaşdırılıb. Deputat ötən əsrin ortalarında babasının Qərbi Azərbaycanda əsassız təzyiqlərə, mühakimələrə məruz qaldığını, bu səbəbdən ailəsi ilə birlikdə 1942-ci ildə Gəncə şəhəri ətrafına köçdüyünü söyləyib.
Qeyd edib ki, sonradan Mingəçevir və su elektrik stansiyası tikiləndə atası orada işləyib, digər ailə üzvlərini də bu şəhərdəki işlərə cəlb edib. Beləliklə, Göyçəni tərk edərək Gəncə şəhəri ətrafında məskunlaşan ailə birdəfəlik Mingəçevir şəhərinə köçüb.

Millət vəkili 1957-ci ildə Mingəçevir şəhərində doğulduğunu, uşaqlıq, yeniyetməlik və gənclik illərinin bu yaşayış məntəqəsində keçdiyini dilə gətirib. O dövrdə ata-baba yurdu Zoda qonaq getdiyini diqqətə çatdıran A.Mirzəzadə kəndlə bağlı xatirələrindən də söhbət açıb. Bildirib ki, ailəsində valideynləri övladlarını Qərbi Azərbaycana bağlılıq ruhunda tərbiyə edib, genetik yaddaşın itməsinə imkan verməyiblər.

İndiki Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin zaman-zaman mənimsənildiyini, Qərbi Azərbaycandakı soydaşlarımızın müxtəlif təzyiq və təhdidlərə məruz qaldığını xatırladan deputat deyib ki, ulu öndər Heydər Əliyevin 1987-ci ildə vəzifədən kənarlaşdırılmasından sonra erməni millətçiliyi daha kəskin xarakter alıb. Ermənistan rəhbərliyi dövlət səviyyəsində azərbaycanlılara qarşı deportasiya, etnik ayrı-seçkilik siyasəti həyata keçirib, əsassız iddialarla çıxış ediblər. Beynəlxalq güclərin havadarlığına arxalanan ermənilər 1993-cü ilə qədər xalqımıza bir çox faciələr yaşadıblar.

Millət vəkili A.Mirzəzadə Qərbi Azərbaycanda, eləcə də işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus qəbirlərin, dini abidələrin dağıdılmasına da toxunub. Qeyd edib ki, bu, yaramazlığın, vəhşiliyin bariz nümunəsidir. Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, indi ermənilər vaxtilə babalarının törətdikləri yaramazlıqların acı meyvələrini dadırlar. Millət vəkili yeni tarixi dövrdə Qərbi Azərbaycana qayıdış prosesinə start verildiyini, bu istiqamətdə görülən işlərin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini dilə gətirib.

Deyib ki, tarixi torpaqlarımız uğrunda mübarizəmizdə qətiyyətli və prinsipial olmalıyıq. Deputat A.Mirzəzadə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını, sadəcə soydaşlarımızın öz ata-baba yurdunda yaşamaq hüququndan istifadə etmək istədiklərini diqqətə çatdırıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO