Başqasının adına saxta profil açanları bu cəza GÖZLƏYİR - Hüquqi İZAH

Hazırda oxunan: Başqasının adına saxta profil açanları bu cəza GÖZLƏYİR - Hüquqi İZAH

179974

Sosial şəbəkələrin zərərləri ilə yanaşı, onun mənfi cəhətləri də çoxdur. Həmin mənfi cəhətlərdən ən önəmlisi, sosial şəbəkə üzərindən saxtakarlıqla, böhtan və təhqiretməylə məşğul olanların sayının artmasıdır. Belə ki, bir çox hallarda sosial media istifadəçiləri məsuliyyətinin fərqinə varmadan, qarşı tərəfə təhqiramiz ifadələr yazır, şəxsiyyətini alçaldır, hətta kiminsə adına saxta profillər açaraq, onun şəkillərindən istifadə edirlər. 

Bəs virtual dünya üçün Azərbaycan qanunvericiliyində məsuliyyətə cəlbetmə hansı maddələrlə həyata keçirilir?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsində saxta profillərin məsuliyyətindən bəhs olunur:

“148-1-ci maddə İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə adlanır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ekspert qeyd edib ki, kibercinayətkarlığın araşdırılması ilə Dövlət Təhlükəsizliyi Xidməti, saxta profillərin açılması kimi işlərlə isə Daxili İşlər Nazirliyi məşğul olur:

“Yəni qanunvericiliyimizdə belə bir məsuliyyət var. Ona görə də, sosial şəbəkələrdə təhqirə, böhtana məruz qalan şəxs birbaşa polisə müraciət etməlidir”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO