“Azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də bərpa olunur” – Allahşükür Paşazadə 

“Azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də bərpa olunur” – Allahşükür Paşazadə 

Hazırda oxunan: “Azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, kilsələr də bərpa olunur” – Allahşükür Paşazadə 

179892

"İşğaldan azad olunmuş ərazilərdə erməni qəsbkarları tərəfindən dağıdılan məscidlər bu gün təmir olunur. Şuşada və başqa ərazilərdə yeni məscidlər tikilir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə gələcəkdə Qarabağa qayıdan dindar vətəndaşlarımız yeni və bərpa olunmuş məscidlərdən istifadə edəcəklər:

“Təkcə məscidlər deyil, kilsələr və bütün mədəni irsimiz orada abadlaşdırılır. Buna görə dövlətə təşəkkürümüzü bildiririk. Xocalı faciəsini isə heç vaxt unutmamalıyıq və bu qətliam bizim qan yaddaşımızda qalmalıdır. Gələcəkdə dövlətimizin güclü olması üçün millətimiz və xalqımız ətrafında sıx birləşməliyik. Vətən uğrunda şəhid olanlaraın hamısına Allahdan rəhmət diləyirəm”

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO