Bahar Muradova: “Nə qədər unutqan olsaq, tarix o qədər çox təkrarlanacaq”

Bahar Muradova: “Nə qədər unutqan olsaq, tarix o qədər çox təkrarlanacaq”

Hazırda oxunan: Bahar Muradova: “Nə qədər unutqan olsaq, tarix o qədər çox təkrarlanacaq”

179885

“Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyi bir vaxtda Xocalı soyqırımının növbəti ildönümünü qeyd edir. Əlbəttə, nə qədər Azərbaycan dövləti və xalqı var, nə bu faciə, nə də hadisə qurbanları unudulacaq”. 

Bizim.Media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu sözləri Xocalı soyqırımının 32-ci ildönümündə jurnalistlərə açıqlamasında deyib.

“Çünki nə qədər unutqan olsaq, tarix bir o qədər təkrarlanan olar. Ona görə də, Azərbaycan bir daha imkan verməyəcək ki, nə ərazisinin bir qarışında, nə də bir fərdinə qarşı belə bir faciə törədilsin. Bu bir faktdır ki, dünya ölkələri maraq dairələrinə görə bölünüblər və buna görə də bizə qarşı bir sıra layihələr hazırlamaq istəyində olanlar qalacaq. 
Amma hər kəs bilməlidir ki, Azərbaycan günü-gündən güclənən, qətiyyətli lideri olan dövlətdir. Biz heç zaman itkilərimizi, qurbanlarımızı unutmayacağıq” – deyə, komitə sədri bildirib.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO