Daşkəsəndə qar yağıb - ŞAXTA VAR - FOTO/VİDEO

Hazırda oxunan: Daşkəsəndə qar yağıb - ŞAXTA VAR - FOTO/VİDEO

179798

Axşamdan başlayaraq qərb bölgəsində hava şəraiti kəskinləşib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Daşkəsən rayonuna qar yağıb, temperatur daha 6-7 dərəcə aşağı enib. 

Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir. Bu gecə   bölgənin dağlıq ərazilərində temperatur mənfi 4-5 dərəcə təşkil edib. 

Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir. 

Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava şəraiti bu gün də müşahidə olunub.  Yollarda məsafə görünüşü 30-50 metrdir. Nəqliyyatın hərəkətində, eləcə də digər infrastrukturlarda hələlik problemlər yaranmayıb.
 


 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO