Oğuzda yaşlı qadına xəsarət yetirildi - Polis naməlum şəxsi axtarır

Hazırda oxunan: Oğuzda yaşlı qadına xəsarət yetirildi - Polis naməlum şəxsi axtarır

179771

Oğuzda yaşlı qadına xəsarət yetirilib. Hadisə rayonun Hallavar kəndində gecə saatlarında qeydə alınıb. Belə ki, naməlum şəxs yaşlı qadına hücum çəkib. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, 67 yaşlı Hallavar kənd sakini Fəridə Məmmədova ötən gecə Bakı şəhərindən evinə qayıdarkən həyətinə daxil olan zaman naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Naməlum şəxs qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə xəsarətlər yetirib.

Regional qrupdan bildirilib ki, yaşlı qadın hücuma məruz qalması faktı ilə bağlı ərazi polis orqanına müraciət edib. Fəridə Məmmədova üçün müvafiq ekspertiza təyin olunub. 

Hazırda qadına hücum çəkən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.  Əlavə məlumat veriləcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO