Sarayda mənzildəki partlayışda bir nəfər xəsarət alıb

Sarayda mənzildəki partlayışda bir nəfər xəsarət alıb

Hazırda oxunan: Sarayda mənzildəki partlayışda bir nəfər xəsarət alıb

179744

Fevralın 24-də saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sarayda mənzildə yanğınla nəticələnən partlayış olub


Qeyd edilib ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO