“Qəbələ”nin baş məşqçisi istefa verdi

“Qəbələ”nin baş məşqçisi istefa verdi

Hazırda oxunan: “Qəbələ”nin baş məşqçisi istefa verdi

179661

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.
Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.

“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, dünən Misli Premyer Liqasının XXIV turunda "Kəpəz"lə qarşılaşan komanda 2:1 hesabı ilə məğlub olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO