Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

179644

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 10:30-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlara qar yağıb.

Qar örtüyünün hündürlüyü Şərurda 5 sm, Şahdağda 4 sm, Qrızda 3 sm, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Neftçalada 7 mm, Qaxda 5 mm, Göygöl, Balakən, Şərur, Şahbuz, Şabran, Qobustan, Qəbələ, Şəki, Zaqatala, Daşkəsən, Gədəbəy, Sədərək, Ordubad, Lerik, Sabirabad, Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Ağdam, Şamaxı, Quba, Qusar, Xaltan, Tərtər, Beyləqan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 6 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qobustan, Şamaxı, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 1, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO