Hövsan sakinləri tülkülərin hücumuna MƏRUZ QALIB - VİDEO

Hövsan sakinləri tülkülərin hücumuna MƏRUZ QALIB - VİDEO

Hazırda oxunan: Hövsan sakinləri tülkülərin hücumuna MƏRUZ QALIB - VİDEO

179627

Hövsan qəsəbəsində tülkülər insanlara hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Real TV-nin qəsəbədən hazırladığı süjetdə yer alıb.

Qəsəbənin "Südçülük savxozu" adlanan ərazisində yaşayan sakinlərin sözlərinə görə, tülkülər axşam saatlarında onların həyətinə hücum edib, toyuq-cücələrinə qənim kəsilib. Şikayətçilər tülkülərin heyvanlara hücum etdikləri anları telefonla çəkərək təqdim ediblər.

"Südçülük savxozu"nda yaşayanlar təhlükəsizliyi təmin etmək və tülküləri tutmaq üçün öz aralarında növbətçilik də qurublar. Onlar təkcə həyətdəki toyuq-cücəyə görə yox, həm də azyaşlılara görə narahat olduqlarını bildiriblər.

Tülkü təhlükəsi ilə üzləşən sakinlər həm də yolların yararsız halda olmasından şikayətləniblər.

Yol problemi ilə bağlı şikayətlərə cavab verən Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə üzrə nümayəndəsi Qurbanəli İslamov məhəllədaxili yolların mərhələləli şəkildə təmir edilib, asvalt çəkildiyini deyib.

Tülkülərin hücumuna görə isə müvafiq qurumlardan "biz tülkü tutan deyilik" cavabı verilib.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO