Toy hazırlıqları ilə bağlı yola çıxan gənc qəzada ölüb - FOTO

Hazırda oxunan: Toy hazırlıqları ilə bağlı yola çıxan gənc qəzada ölüb - FOTO

179597

Şəki sakini Yevlaxda qəza keçirib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəkinin Böyük Dəhnə kənd sakinləri məlumat veriblər. 

Belə ki, ötən  gün yaşadığı kənddən Yevlaxa gedən 28 yaşlı Elnur Abdullayevin  idarə etdiyi “Opel” markalı avtomobil həmin rayonun Qaraoğlan kəndi ərazisində qarşıdan gələn “Mersedes”lə toqquşub.

Qəza nəticəsində Elnur Abdulayev hadisə yerində vəfat edib.
Sakinlərin sözlərinə görə, gəncin bu gün toyu olmalıymış. E. Abdullayev kənd qəbiristanlığında dəfn edilib.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO