Fikrət Məmmədov kollektivə təqdim edilib

Hazırda oxunan: Fikrət Məmmədov kollektivə təqdim edilib

179593

Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin yeni təyin edilmiş hakimi Fikrət Məmmədov kollektivə təqdim olunub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması münasibətilə Fikrət Məmmədovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Fərhad Abdullayev ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.

Hakim Fikrət Məmmədov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edərək, hakimlik fəaliyyətində də səylərini əsirgəməyəcəyini bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO