Aybəniz Haşımovanın qardaşı HƏBS OLUNDU

Hazırda oxunan: Aybəniz Haşımovanın qardaşı HƏBS OLUNDU

179582

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Haşımov saxlanılıb.

O, şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 (iyirmi min yüz) manat ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO