Xocalı şəhərinin mərkəzində aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirlib.
MÖVZU İLƏ BAĞLI:
Xocalıda əl-ayaqları bağlı uşaq və qadınlara aid qalıqlar tapıldı - VİDEO
Bildirilib ki, hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.
Bizim.Media