Moderator.az Quliyev Anar Novruz oğlunun Təhsil Naziri Mikayıl Cabbarova ünvanladığı müraciəti olduğu kimi təqdim edir:
Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov cənablarına
Ağdam rayon Mərzili kənd məcburi köçkünü hal-hazırda Ağdam rayonunun Ergi qəsəbəsində 129 saylı köçkün tam orta məktəbin tarix müəllimi Quliyev Anar Novruz oğlu (050 730-37-35) tərəfindən
ƏRİZƏ
Hörmətli cənab Nazir, yazıb Sizdən xahiş edirəm ki, təmas xəttinə ən yaxın yerdə yerləşməyimizi, atəşkəs rejimin mütəmadi şəkildə pozulan bir ərazidə yaşamaq və işləmək nə qədər çətin olduğunu nəzərə alıb, 10 ildən pedaqoji fəaliyyətimi, 2 körpə övladımın olmağını, müəllimlikdən başqa gəlir yerimin olmadığını, məndən başqa ixtisasca tarix müəllimi olmamasını nəzərə alıb məni diaqnostik qiymətləndirmə imtahanında iştirak etməyimə köməklik edəsiniz.
Ümüdüm, güvənim Sizə qalıb tək. Sizdən artıq dərəcədə xahiş edirəm mənə köməklik edəsiniz.































































































