Bakıda əməliyyat: Saxlanılanlar var – VİDEO   

Bakıda əməliyyat: Saxlanılanlar var – VİDEO   

Hazırda oxunan: Bakıda əməliyyat: Saxlanılanlar var – VİDEO   

179516

Polis əməkdaşları Bakının Suraxanı rayonunda əməliyyatlar zamanı rayon sakinlərindən heroin və silah götürüblər. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar.
Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib. 

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bundan başqa ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşninov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO