“Siqaret əsəbləri sakitləşdirir” deyənlərə həkimdən MARAQLI CAVAB 

Hazırda oxunan: “Siqaret əsəbləri sakitləşdirir” deyənlərə həkimdən MARAQLI CAVAB 

179489

Siqaret aludəçisi olan insanlar əksər hallarda bu zərərli vərdişlərini bir bəhanə ilə əsaslandırmağa çalışırlar: “Siqaret əsəbləri sakitləşdirir”.

Amma elm bunun tam əksini söyləyir. 

Məsələn, Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır. Tütün aludəçilərinin tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistem xərçənginə yoluxma ehtimalı daha yüksəkdir.

Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır.

Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin yaranması mümkündür.

Tütün çəkən insanlarda digər xəstəliklər - katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.

Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. 

Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan. Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemləri yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən terapevt Abbas Bağırov bildirdi ki,  siqaret çəkməyin sinir sisteminə sakitləşdirici təsirinin olduğunu söyləmək absurddur:

“Siqaretin tərkibindəki nikotin on minlərlə alkoroitlərdən biridir. Bu suda ən yaxşı həll olunan alkoroitdir. Ağciyər toxumasına keçən kimi qanın zülallarıyla bütün toxumalara daşınır və mərkəzi sinir sistemində neyron keçirici, tormozlayıcı xarakterə malikdir.

Neyron sistemində sinir sisteminin keçiriciliyi pozulanda siqaret nəinki, sakitləşdirici təsir göstərir, əksinə orqanizmi tamamilə süstləşdirir. 

Siqaret tüstüsü mərkəzi sinir sistemini oyandırır, əvəzində isə perferik əzələləri süstləşdirir. Ona görə də kim iddia edirsə ki, “siqaret sinir sistemini sakitləşdirir”, bu yanlış və absurd bir fikirdir. Siqaretin orqanizmə yalnız zərəri var. Heç bir müsbət təsiri yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO