Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” adlı analitik süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, verilişdə rəsmi İrəvanın Qərbi Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Çəmbərək, Basarkeçər və Mehri rayonlarının qaytarmaq istəyində olduğu, bu fikirlərin, eləcə də son günlər Ermənistan hakimiyyətinin verdiyi qərarların erməni ictimai rəyində müzakirə yaratdığı bildirilir.
Qeyd olunub ki, Ermənistanda belə müzakirələrin başlanmasına səbəb hakimiyyətin bu bölgələrdə dövlət qurumlarını bağlamaq qərarından qaynaqlanır:
“Məlumatlara görə, Basarkeçərdə, Çəmbərək və Mehridə pasport-viza şöbəsinin bağlanacağı, ümumiyyətlə, Azərbaycanla sərhəd bölgəsindən dövlət qurumları və digər xidmət idarələrinin çıxarılacağı deyilir. Bu bölgələrdə yaşayan ermənilər bildirirlər ki, hakimiyyət iki səbəbə görə bu addımı ata bilər: ya bu ərazilər Azərbaycana təhvil veriləcək, ya da yeni müharibəyə hazırlıq gedir. Əgər yeni müharibə olarsa, Azərbaycan bu əraziləri asanlıqla nəzarətə götürə bilər. Hətta Paşinyanın bu əraziləri müharibə yolu ilə Azərbaycana qaytarmağa hazırlaşdığını düşünənlər də var”.
Diqqətə çatdırılıb ki, Basarkeçərdəki ermənilər buna görə etiraz akisiyası keçiriblər:
“Baş nazir Nikol Paşinyan isə Basarkeçərdə keçirilən etiraz aksiyasını tənqid edib. O, hökumətin Basarkeçərə milyardlarla vəsait xərclədiyini iddia edib və şikayətlənib ki, insanlar bu layihələrdən danışmaq əvəzinə, ərazilərin təhvil verilməsindən bəhs edirlər. Erməni siyasətçiləri isə Paşinyanın bölgədə yeni müharibənin olacağı barədə xəbərdarlığını ərazilərin təhvil verilməsinə hesablandığını, Qərbi Azərbaycanın müəyyən ərazilərinin, xüsusilə sərhəd bölgəsinin Azərbaycana təhvil verilməsinə hazırlıq olduğunu düşünürlər”.
Sonda vurğulanıb ki, bu iddiaların erməni uydurmaları hesab etmək olar:
“Ermənistan təxribat hücumlarını genişləndirəcəyi təqdirdə, Azərbaycanın cavab addımları ordumuzun tarixi torpaqlarımıza qədər irəliləməsini də şərtləndirə bilər. Lakin hər şey Ermənistanın Azərbaycanın şərtlərinə uyğun sülh gündəliyinə sadiqliyindən asılı olacaq. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması Bakının istəklərinə uyğun həyata keçirilməli, o cümlədən, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir. Azərbaycanın haqlı tələbləri icra edilməsə, ordumuz bu dəfə kazarmaları Göyçə, Zəngəzur, Basarkeçər üçün tərk etməli olacaq”.
- A-
- A
- A+
Cəmiyyət
01:00 / 23.02.2024
Qərbi Azərbaycan Xronikası: “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” - VİDEO
179468
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.