YAP-dan Cəmil Həsənli ilə bağlı AÇIQLAMA - FOTO

YAP-dan Cəmil Həsənli ilə bağlı AÇIQLAMA - FOTO

Hazırda oxunan: YAP-dan Cəmil Həsənli ilə bağlı AÇIQLAMA - FOTO

17946

Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.

YAP-ın Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22.09.2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.

YAP-ın Mətbuat xidməti sosial mediada informasiya paylaşılarkən onun dəqiqləşdirilməsini vacib hesab edir və bildirir ki, tez-tez yalnış məlumatlar yayan, xəbərləri ifşa olunan sosial media resursları oxucusunu itirməklə yanaşı, cəmiyyətdə saxta xəbər mənbəyi kimi də tanınır.

YAP-ın nüfuzunu zədələmək məqsədi ilə yoxlanılmamış, obyektivlikdən və reallıqdan uzaq məlumatların məqsədli şəkildə yayılması siyasi spekulyasiyadır, manipulyasiyadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO