Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, qatarların hərəkətində gecikmə olub - VİDEO

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, qatarların hərəkətində gecikmə olub - VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, qatarların hərəkətində gecikmə olub - VİDEO

179438

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub. 

Bizim.Media bu barədə "Azərbaycan Dəmir Yolları "QSC-nin məlumatında bildirilib.

Məlumata görə, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti  bərpa olunub. 

Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunub.

Qurumdan qeyd edilib ki, bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO