Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Bizim.Media Samir Rzayevin dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI
AZAL-a yeni prezident TƏYİN EDİLDİ - SƏRƏNCAM
Rzayev Samir Tofiq oğlu 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsini bitirmiş, daha sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirmişdir. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb və bank karyerasına 1995-ci il tarixindən “Renessans” kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlayıb.
1997-1999-cu illərdə isə bu bankda baş mühasibin müavini olaraq çalışıb. 1999-cu ilin iyun-sentyabr aylarında “Bank of Baku” kommersiya bankında “Müxbir əlaqələr” şöbəsinin rəisi olaraq fəaliyyət göstərib.
Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.
O, 2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
S. Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.
Ölkə rəhbəri İlham Əliyevin 1 sentyabr 2023-cü il tarixində Cahangir Calal oğlu Əsgərovun “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncama əsasəsn “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Bizim.Media