Bahalı məzarlar TARİXƏ qovuşur? – Qəbirlərin eyni formada olması təklifinə REAKSİYALAR

Bahalı məzarlar TARİXƏ qovuşur? – Qəbirlərin eyni formada olması təklifinə REAKSİYALAR

Hazırda oxunan: Bahalı məzarlar TARİXƏ qovuşur? – Qəbirlərin eyni formada olması təklifinə REAKSİYALAR

179390

Ölkəmizdə qəbir daşlarının və yas mərasimlərinin dəbdəbəli təşkil olunması birmənalı qarşılanmır. Bu məsələ dəfələrlə Milli Məclisdə də müzakirə olunub.

Bir neçə gün öncə parlamentdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, kimliyindən asılı olmayaraq, hər kəsin qəbri eyni formada və vahid qiymətdə olmalıdır.

Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur və bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.

Bəs, bu necə tənzimlənəcək?

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev Bizim.Media-ya danışıb. Həmkarının fikri ilə razılaşan deputat deyib ki, kasıb və varlı qəbri fərqlənməməlidir:

“Qəbir üzərində abidə qoymaq, hasarlamaq, qəbiristanlıqda bağ salmağa düzgün yanaşmıram. Rəhmətə gedən şəxs kiminsə əzizidir, ona görə də bunlarla qəlbini sakitləşdirmək istəyir. Bunu başa düşürük. Amma qaydalara ehtiyac var. Qəbiristanlıqda məzarlar dolaşıq salınıb, qəbirlərin arası, üstü ilə keçib getmək olmaz, məzarların sıralanması düzgün deyil. Bir xətt üzrə basdırılmır, insan gedib öz yaxınlarının qəbrini tapana qədər çox əziyyət çəkir. Bu məsələdə bir qayda-qanun olmalıdır, yəni paralel cərgələr üzrə qəbirlər düzülməlidir.

Çox təəssüf ki, qəbiristanlıqlarda bəzən insanlar başqa qəbirləri ayaqlayaraq öz yaxınının məzarının yanına keçir. Bu qəbulolunan hal deyil”.

Deputat hesab edir ki, qəbir yerlərinin satılması yığışdırılmalı, hər kəsə pulsuz verilməlidir:

“Bu məsələdə qanunauyğunluğun olması, qəbir yerlərinin satılmaması, bələdiyyələrin ixtiyarına verilməsi, hər bir kəsə də qəbir yerinin pulsuz təqdim olunması doğru yanaşmadır. Qəbirlərin şəkilləndirilməsi də qanunvericiliyin tətbiq etdiyi qaydada hər kəs üçün bərabər, eyni cür olmalıdır. Yoxsa elə qəbirlər var ki, əməlli-başlı dəbdəbəli olur.

Mən insanları da qınamaq istəmirəm, insan doğmasını, çox yaxınını itirir, dözə bilmir, təsəllisini onunla tapır. Amma biz yavaş-yavaş bu sahədə qanunauyğunluq yaratmalıyıq”.

“İslam dininin məzarlıqla əlaqəsi yoxdur”

Məzarların hazırlanmasında yeni qaydalar hazırlanarkən şəriət qanunlarının da nəzərə alınacağı, ümumiyyətlə, İslam dinində məzarların hansısa qanunauyğun şəkildə hazırlanmasını öyrənmək üçün ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq.

İlahiyyatçı Bizim.Media-ya bildirib ki, İslam dininin məzarlıqla, məzarlarla heç bir əlaqəsi yoxdur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO