Qəbələdə meyiti tapılan şəxslə bağlı yeni detallar məlum olub.
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qəbələ rayonunun Aydınqışlaq kəndində taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib. Müayinə zamanı onun boynunun damarının kəsildiyi üzə çıxıb. Ehtimala görə, o, intihar edib.
Bizim.Media xəbər verir ki, həmçinin Tural Abdurahmanovun son 3-4 il ərzində alkoqol asılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, o, kənddə qəssab işləyib. Bu gün səhər saatllarında ailə üzvləri ilə vidalaşaraq bıçaq götürüb və yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.
Faktla bağlı araşdırma aparılır.
*** 14.19
Qəbələdə meyit tapılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, meyit rayonun Aydınqışlaq kəndində, yolun kənarında aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirir.
İlkin məlumata əsasən, meyiti tapılan şəxs 1985-ci il təvəllüdlü Abdurahmanov Tural Zabit oğludur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 22.02.2024
Qəbələdə meyiti tapılan şəxs KİMDİR? - YENİLƏNİB
Hazırda oxunan: Qəbələdə meyiti tapılan şəxs KİMDİR? - YENİLƏNİB
Hazırda oxunan: Qəbələdə meyiti tapılan şəxs KİMDİR? - YENİLƏNİB
179375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.