Kamil Zeynallının saxlanılması ilə bağlı YENİ DETALLAR 

Kamil Zeynallının saxlanılması ilə bağlı YENİ DETALLAR 

Hazırda oxunan: Kamil Zeynallının saxlanılması ilə bağlı YENİ DETALLAR 

179364

“Fevralın 21-i günortadan sonra Ermənistan Daxili İşlər Nazirliyinə Rusiya Federasiyasından azərbaycanlı idmançı Kamil Zeynallının saxlanılması ilə bağlı rəsmi məktub daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

Onun sözlərinə görə, Moskva rəsmi İrəvandan Kamil Zeynallı ilə bağlı axtarış faktının təsdiqlənməsini xahiş edib:

"Cavab olaraq nazirlik dərhal həmin şəxsin (Kamil Zeynallı) beynəlxalq axtarışda olduğunu təsdiqləyib və Moskvadan tələb edib ki, onun haqqında həbs-qətimkan tədbiri seçilməlidir.

Axtarışda olan şəxsin azadlığa buraxılması barədə məlumat olmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketini hazırladı. İndi bu sənədlər Rusiyanın hüquq-mühafizə orqanlarına təqdim olunacaq və cinayət işinin aparılması üçün Ermənistan Baş Prokurorluğuna veriləcək".

Qeyd edək ki, K. Zeynallı Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib. 

O, dünən gecə saatlarında Moskvanın Domodedovo hava limanından saxlanılsa da, günorta saatlarında sərbəst buraxılıb. Kamil Zeynallı bu gün gecə saatlarında Azərbaycana gəlib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO