Dani Alveşə hökm oxundu

Hazırda oxunan: Dani Alveşə hökm oxundu

179362

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb. 

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ulduz futbolçu gecə klubunda cinsi təcavüzdə təqsirli bilinib. 

Zorlamada günahlandırılan keçmiş oyunçuya 4 il 6 ay həbs cəzası verilib. 

Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir.  

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.

Xatırladaq ki, Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib. O, tarixin iki ən titullu futbolçusundan biridir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO