Xəbər verdiyimiz kimi, ötən gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo hava limanında saxlanılan məşhur fitnes məşqçi Kamil Zeynallı sərbəst buraxılıb.
Bizim.Media xəbər verir ki, Kamil Bakı vaxtı ilə saat 05:00-da Heydər Əliyev adına hava limanına endikdən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Kamil həbsi fonunda MDB ölkələrinə girişinin məhdudlaşdırıldığını vurğulayıb:
"İnanmırdım ki, qayıdam. Heç ağlımda yox idi, sözün düzü. Məni MDB üzrə axtarışa veriblər. Bu dəqiqə mən heç bir MDB ölkəsinə daxil ola bilmərəm. Misal üçün, Özbəkistan, Qırğızıstan, Türkmənistana gedə bilmərəm. Çünki "stop"dayam. Bu da onların zəifliyidir”.
Rəşad Əliyev, Bizim.Media