Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib

Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib

Hazırda oxunan: Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib

179290

Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib.

Fevralın 21-də ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmənin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq, gələcəkdə bu əlaqələrin daha da gücləndiriləcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Keniyanın Baş prokuroru Renson İnqonqa ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsindən məmnun olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO