Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş olub - FOTO

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş olub - FOTO

Hazırda oxunan: Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş olub - FOTO

179272

Fevralın 21-də Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətləri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. 

O, Azərbaycanın APA-nın sədrliyinə namizədliyini dəstəklədiyinə görə İndoneziya tərəfinə təşəkkürünü ifadə edib.

Ə.Ağazadə fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən söz açıb. Bildirib ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi ilə əlamətdar olub. O, ölkələrimiz arasında əməkdaşlıqdan və parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışaraq münasibətlərin bütün sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və İndoneziyanın səmərəli əməkdaşlıq etməsindən bəhs edən Əminə Ağazadə APA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən, onun gücləndirilməsi potensialından danışıb, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Eyni zamanda, o, Azərbaycanın sədrliyi zamanı APA-nın daha da güclənəcəyinə əminliyini bildirib.

İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fadli Zon fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkiləri, həmçinin ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbriklərini çatdırıb.
O, ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb. Həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Fadli Zon Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilatın daha da möhkəmlənəcəyinə, aktual məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.

O, diqqətə çatdırıb ki, Azərbaycanın sədrliyi dövründə İndoneziya bütün tədbirlərdə aktiv iştirak edəcək, lazımi dəstəyi göstərəcək.

Milli Məclisin deputatları İlham Məmmədov və Aydın Hüseynov görüşdə çıxış edərək ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın rolundan söz açıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO