Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 ildən artıqdır davam edir. Bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətləri qurulub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bildirib.
Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu xatırladan səfir əlavə edib:
“Noyabr ayında Azərbaycanda COP29 tədbiri keçiriləcək. Dost ölkə kimi əməkdaşlıq çərçivəsində əlimizdən gələni etməyə hazırıq. Bunun üçün səylərimizi əsirgəməyəcəyik. Çünki yaşıl cəmiyyətin yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda, bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu kimi problemlərin həllində, xüsusilə də enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm. Azərbaycanın bu səylərini müsbət qiymətləndirirəm”.
Katsuya Vatanabe bildirib ki, Yaponiya yeni cəmiyyətin qurulması üçün Azərbaycanla energetika sahəsində əməkdaşlıq edə bilər:
“Ancaq bu barədə hökumətlə müzakirələr aparıb biz də son qərarımızı verəcəyik. İnanıram ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək Azərbaycana bu sahədə dəstək ola və ya kömək göstərə bilər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:34 / 21.02.2024
Səfir: “Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək”
Hazırda oxunan: Səfir: “Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək”
Hazırda oxunan: Səfir: “Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək”
179264
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.