FAKTİKİ HAVA: Dağlıq rayonlarda şaxta var

Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq rayonlarda şaxta var

179226

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, fevralın 21-i saat 16:00-a olan məlumata əsasən, şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO