ADA-da Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılması ilə bağlı TƏDBİR KEÇİRİLDİ – FOTO 

ADA-da Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılması ilə bağlı TƏDBİR KEÇİRİLDİ – FOTO 

Hazırda oxunan: ADA-da Azərbaycan Təhsil Araşdırmaları Assosiasiyasının yaradılması ilə bağlı TƏDBİR KEÇİRİLDİ – FOTO 

179222

ADA Universitetində Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının əsasının qoyulması və Avropa Təhsil Araşdırmaları Assosasiyasına  üzvlüyünün elan olunması ilə bağlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, görüş 21 fevral tarixində ADA universitetində təşkil olunub. 

Görüşdə Avropa Təhsil Tədqiqatları Assosasiyasının prezidenti Professor Marit Honerød Hoveid və vitse prezidenti Professor Lucian Ciola da iştirak edib. Görüşdə Azərbaycanın təşkilatda təmsili və Avropa assosasiyası ilə gələcək əməkdaşlıq müzakirə olunub.
Tədbiri açıq elan edən Azərbaycan Təhsil Araşdırmaları Assosasiyasının prezidenti Cavid Cəfərov bu tədbir və Avropa assosiasiyası ilə gələcək əməkdaşlıq imkanları haqqında məlumat verib.

ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Elkin Nurməmmədov qonaqları salamlayaraq ölkədəki insan kapitalının inkişafı üçün bu cür  əməkdaşlığın önəmini vurğulayıb. Daha sonra ADA Universiteinin strategi İnkişaf üzrə Prorektoru Vəfa Kazdal Azərbaycanda təhsil araşdırmalarının önəmindən bəhs edib.

ADA Universitetinin Təhsil Fakültəsinin dekanı Ülviyyə Mikayılova bildirib ki, təhsil araşdırmaları bilavasitə cəmiyyətin inkişafına xidmət edir. 

Qonaqları salamlayan və Azərbaycan Təhsil Araşdırmaları Assosasiyası ilə gələcək əməkdaşlıqdan ümidli və sevincli olduğunu qeyd edən Avropa Təhsil Araşdırmaları Assosasiyasının prezidenti Professor Hoveid  Avropa assosasiyasının təhsil araşdırmaları üzrə gördüyü işlərdən qısaca söz açıb və təhsil araşdırmalarının cəmiyyətə necə töhfə verəcəyindən bəhs edib. Daha sonra Avropa assosasiyasının vitse prezidenti Professor Lucian təhsil araşdırmaçılarının beynəlxalq icmasına qoşulmaqla, ölkənin əldə edə biləcəyi vacib imkanlardan danışıb.














Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO