SON DƏQİQƏ: Kamil Zeynallı azadlığa buraxıldı - VİDEO

SON DƏQİQƏ: Kamil Zeynallı azadlığa buraxıldı - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Kamil Zeynallı azadlığa buraxıldı - VİDEO

179207

Bu gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı artıq azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə idmançının vəkili Ələkbər Qarayev məlumat verib.

Onun artıq polis bölməsindən çıxarılaraq Azərbaycanın Rusiyadakı səfirliyinə aparıldığı bildirilir. Kamil Zeynallı bu gün Bakıya qayıdacaq.

Qeyd edək ki, Kamil Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunurdu. 
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO