Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər – VİDEO  

Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər – VİDEO  

Hazırda oxunan: Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər – VİDEO  

179194

Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a açıqlamasında vəkil Ələkbər Qarayev məlumat verib. 

O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər: 

“2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, ötən gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”. 

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO