“Azərişıq”dan zənglərə gec cavab verilməsinə MÜNASİBƏT – “Vətəndaşlar fikirlərini lakonik ifadə etsinlər”

Hazırda oxunan: “Azərişıq”dan zənglərə gec cavab verilməsinə MÜNASİBƏT – “Vətəndaşlar fikirlərini lakonik ifadə etsinlər”

179175

"Vətəndaşlar 199 çağrı mərkəzinə zəng etdiyi zaman 30-40 dəqiqə gözləmə məsələsi zəngin səbəbi avtomatik cavablandırma sistemi tərəfindən qeyd edilmədiyi təqdirdə operatorun cavabı gözlənilir. İstənilən halda bu istiqamətdə işlər aparılır. 

Avtomatik, sürətli cavablandırma ilə bağlı beynəlxalq təcrübəni öyrənirik. Sosial şəbəkələr üzərindən bu cavablandırmanın sürətini artırmağa çalışırıq. Vətəndaşlar müraciəti daha aydın şəkildə operatorlara bildirdikdə növbədə gözləyən digər istehlakçıya daha tez geri dönüş edilir. Müraciət edildikdə, vətəndaşlar fikirlərini lakonik ifadə etsinlər".

Bizim.Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin  2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il işıqla bağlı ASAN Xidmətə 4 minə yaxın vətəndaş MÜRACİƏTİ olub


O bildirib ki, 17-dən çox xidmət var, hamısı tələb olunur: 

"Bəzən məsləhət almaq üçün də 199 çağrı xidmətinə müraciətlər olunur. Xidmətlərin xaricində olan müraciətlər çoxdur. Düzdür, biz cavablandıra bilirik, amma vaxt gedir".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO