Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.
Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Bizim.Media