Bakı sakinini 100 manata görə qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bakı sakinini 100 manata görə qətlə yetirən şəxsə HÖKM OXUNDU

179112

Bakı sakinini 100 manata görə qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevə hökm oxunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Rəşad Kərimov 1 il 8 ay, Tahir Ələkbərov 19 il və Radiq Feyziyev isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramov küt alətlə qətlə yetirilib.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri - Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutularaq istintaqa təhvil veriliblər.

R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO