Anası başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib

Hazırda oxunan: Anası başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib

179104

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.

DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov apa-nın sorğusuna cavab olaraq bildirib:

“Sözügedən məsələ Ağstafa rayonunda qeydə alınıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO