BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 21 fevralda baş vermiş tarixi hadisələr

179072

21 fevral Beynəlxalq Ana Dili Günüdür. UNESCO-nun Baş Konfransının 1999-cu il noyabrın 17-də elan etdiyi qərara əsasən 2000-ci ildən dünyanın hər yerində bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. UNESCO-nun məlumatına görə, hazırda dünyada mövcud olan 6 min dilin yarısı yaxın vaxtlarda öz daşıyıcılarını itirə bilər. Beynəlxalq Ana Dili Gününün qeyd olunması məhz bu təhlükəni aradan qaldırmaq, bütün dünyada dil mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır.  

Azərbaycan dili dünyanın neçənci dilidir? Dilçi alimlərin rəyinə görə, türk dili ailəsinə aid olan ana dilimiz bəşəriyyətin 20 vacib dilindən biri hesab olunur. Bu barədə araşdırmamız gün ərzində sizə təqdim ediləcək. 

Bəs, 21 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. Dünyanın ən hündür tikilisi olan Vaşinqton Abidəsi 1885-ci ilin bu günü tamamlanıb.

2. 21 fevral 1878-ci ildə Konnektikutda ilk telefon kitabçası hazırlanıb.

3. 21 fevral 1927-ci ildə “TIME” jurnalı Türkiyə Cümhuriyyətinin banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün şəklini ikinci dəfə üzqabığında əks etdirib.

4. Fransa missionerlərinin Türkiyədə yaratdığı bəzi məktəblər 1935-ci ilin 21 fevralından başlayaraq dövlət balansına keçirildi və milliləşdirildi.

5. 1952-ci ilin 21 fevralında Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının – NATO-nun üzvü kimi Lissabonda keçirilən tədbirdə ilk dəfə iştirak etdi.

6. 1953-cü ilin 21 fevralında DNT-nin molekul quruluşu açıqlanıb. Bunu ingilis bioloqu Frensis Krik və Ceyms D.Uatson müəyyən edib. Alimlər bu uğura görə 1962-ci ildə Nobel Fiziologiya və Tibb Mükafatını alıblar.

7. 1958-ci ilin bu günü Türkiyədə Peşəkar Futbol Liqası başlanıb: ilk oyun İzmirspor və Beykoz arasında oynanılıb. İzmirsporun 2-1 hesabı ilə qazandığı matçda Özcan Altuğ liqa tarixinin ilk qolunu atıb.

8. 1965-ci ilin 21 fevralında “Amerikada müsəlman qaralar hərəkatı”nın öndərlərindən olan, Malkolm İks (Malcolm X) adıyla tanınan Malikə əl-Şahbaz Nyu-Yorkda bir bal salonunda çıxışı zamanı sui-qəsd nəticəsində öldürülüb.

9. 21 fevral 1973-cü ildə İsrailə məxsus döyüş təyyarəsi Liviya hava yollarına məxsus təyyarəni Sinay səhrası üzərində vurdu. Hadisədə təyyarədəki 108 nəfər həyatını itirdi.

10. Türkiyədə "Qara çərşənbə" adlandırılan böyük bir iqtisadi böhran 2001-ci ilin 21 fevralında ən yüksək həddinə çatıb.

21 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycanın görkəmli alimi, akademik Ziya Bünyadovun xatirə günüdür. İkinci Dünya Müharibəsi Qəhrəmanı olan Ziya Bünyadov cəbhədən qayıtdıqdan sonra bütün ömrünü Azərbaycan tarix elminin inkişafına həsr edib, eyni zamanda, görkəmli şərqşünas olaraq tanınıb. Bir neçə xarici dil bilən, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Milli Məclisin deputatı olmuş Ziya Bünyadov Azərbaycan tarixi ilə bağlı çox sayda və sonrakı nəsillərə mənbə rolunu oynayan dəyərli əsərlər yazıb. (1921-1997)

2. 1921-ci il. Azərbaycanın Xalq Rəssamı, professor, Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli Böyükağa Mirzəzadə (1921-2007) anadan olub. Onun boyakarlıq, qrafika, ssenoqrafiya rəssamlığı kimi janrlarda yaratdığı əsərlər Azərbaycan təsviri sənəti tarixində özünəməxsus yer tutur.

3. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadə 21 fevral 1921-ci ildə dünyaya göz açıb.

4. Fransada yaşayan azərbaycan əsilli jurnalist, Fransada türk film festivallarının qurucusu Leyla Vəkilli 1932-ci ilin məhz bu günündə doğulub.

5. Türkiyənin birinci ledisi, Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın xanım Əminə Gülbaran Ərdoğan 21 fevral 1955-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO