Sıradan çıxan AİLƏ DƏYƏRLƏRİMİZ - Valideyn, məktəb, cəmiyyət, yoxsa sosial şəbəkələr GÜNAHKARDIR? 

Sıradan çıxan AİLƏ DƏYƏRLƏRİMİZ - Valideyn, məktəb, cəmiyyət, yoxsa sosial şəbəkələr GÜNAHKARDIR? 

Hazırda oxunan: Sıradan çıxan AİLƏ DƏYƏRLƏRİMİZ - Valideyn, məktəb, cəmiyyət, yoxsa sosial şəbəkələr GÜNAHKARDIR? 

179057

Son günlər sosial şəbəkələrdə zorakılıqla bağlı yayılan görüntülərin sayı artıb. Ölkədə baş verən qətl, ailə-məişət zəminindəki hadisələrin görüntüləri sosial şəbəkədə sürətlə yayılır. Buna ötən həftə 5 ailə üzvünün qətli ilə nəticələnən hadisə zamanı lentə alınan görüntü, azyaşlı uşağını döyən ata və nəhayət bir məktəblinin digər məktəbli tərəfindən qısnamaya məruz qalması hadisəsi daxildir.

Təəssüf ki, Azərbaycan ailəsində uşaqları döyərək tərbiyələndirəcəyini düşünən valideynlər çoxdur. Ata sözlərimiz də bunu sübut edir. Lakin cəmiyyət inkişaf etdikcə, təhsil səviyyəsi artdıqca uşaqların şillə ilə yox, sevgi ilə tərbiyə edilməsinin doğru olduğu anlaşılır.

Hər dəfə belə hadisələr yaşananda Azərbaycan ailəsində qorunan ailə dəyərlərinə niyə məhəl qoyulmadığı müzakirə olunur. Cəmiyyət günahkar, qurban axtarışına çıxır.
 

MÖVZU İLƏ BAĞLI:

“Bəzi qadınlar alimentə görə boşanırlar” – Sosioloqdan HƏYƏCAN TƏBİLİ  


Bakıdakı 156 nömrəli məktəbin qız şagirdi özündən yaşca kiçik məktəbin IX sinif məzununu bullinqə məruz qoyması, onu təhqir edib, çəkib paylaşmasının da təqsirkarı cəmiyyəti düşündürür.

Yeniyetmələrin bu amansızlığı nədən qaynaqlanır? Kimdir günahkar? Valideyn, məktəb, cəmiyyət, yoxsa onun bir üzvü olan sosial şəbəkələr?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən deputat Fazil Mustafa deyib ki, bu məsələdə cəmiyyət olaraq hamının günahı var:

“Şairin dediyi kimi, hamı günahkardı dünyada, amma dünyada heç kimin günahı yoxdur. Əslində, hamının bu məsələdə cəmiyyət olaraq günahı var. Biz indi cəmiyyət olaraq idarə olunmuruq, dövlət olaraq bu məsələlərə baxmalıyıq. Valideynin bu davranışı həm də psixi problemlə, savadsızlıqla, hadisələri analiz edə bilməməklə, dünyagörüşü ilə bağlıdır. 

Biz buna 90-cı illərdən sonra dağıdılmış keçid dövrünün təhsil sistemində yetişmiş və müəyyən yaxşı təhsil almamış bir nəslin artıq heç təhsil almamış bir nəslin üzərində zorakılığı kimi baxmalıyıq. Yəni bu məktəb artıq təhsil-təlim funksiyasını həyata keçirəcək imkana sahib deyil, məktəbin idarə olunması da müəyyən çətinliklərlə üz-üzədir. Bu istiqamətdə məqsədyönlü, uzunmüddətli strateji izlənilmir. Heç onu izləyəcək qabiliyyətə sahib, istiqamət hazırlayan idarəçilər də görünmür. 

Ona görə də diqqət etməliyik ki, məktəb necə sıradan çıxıb və məktəbi necə geri qaytara bilərik. Bunlar üzərində düşünməliyik. Hesab edirəm ki, çox ciddi narahatedici problemdir. Biz bunun əsasında öz gələcəyimizin təhlükəsini anlamalıyıq. Bu həm də ailə dəyərlərinə ziyan vurur”.

Millət vəkili bildirib ki, ailənin sütununu qorumaqla bağlı bir istiqamət olmalıdır:

“Bizdə daha çox məsələlərə statistika kimi baxılır, nə qədər uşaq ali məktəbə qəbul oldu, nə qədər ailə var, nə qədər ailə boşandı və s. 

Statistikadan o tərəfə ailənin sütununu qorumaqla bağlı konkret bir istiqamətimiz görünmür. Bunu müəyyən eləmək laızmdır. Bu cür təzahürlər onu göstərir ki, hadisə bir deyil, iki deyil və bunun davamlı olması cəmiyyətdə bütün neqativlərin üzə çıxmasıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO