Yeniyetməyə qarşı zorakılıq edən məktəbli barədə nə vaxt QƏRAR veriləcək? – RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Yeniyetməyə qarşı zorakılıq edən məktəbli barədə nə vaxt QƏRAR veriləcək? – RƏSMİ AÇIQLAMA/FOTO

179041

Xəbər verildiyi kimi Bakıdakı 156 nömrəli məktəbin qız şagirdi aşağı sinifdə təhsil alan qız yoldaşını bullinqə məruz qoyub və onun videosunu çəkərək sosial şəbəkədə yayıb.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsi paytaxtdakı 156 nömrəli tam orta məktəbin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda edilən hərəktlə bağlı daha bir açıqlama yayıb. 

Qeyd  olunub ki, məlum hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsil müəssisəsində olub, məktəb rəhbərliyi, psixoloq, sinif rəhbərinin iştirakı ilə müəllim və şagirdlərlə görüşüb.

Məktəb kollektivi ilə keçirilən görüşdə uşaqlara həssas yanaşma və onların təhlükəsizliyinin təmin edilməsinin əsas hədəflərdən biri olduğu nəzərə çatdırılıb.  

Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi məktəb kollektivinə tapşırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın nəticələri əsasında həmin şagirdlə bağlı uyğun qərar veriləcək. 

Xatırladaq ki, sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.

Məktəbin şagirdi Rzaquliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz söz yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.




Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO