Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

Hazırda oxunan: Bakı-Ağstafa sürət qatarı niyə yolda qalıb? – RƏSMİ AÇIQLAMA – FOTO/VİDEO 

179019

Bu gün səhər saat 08:45-də Bakıdan Ağstafaya yola düşən sürət qatarı Ələt stansiyasında dayanıb. Halbuki, qatar bu saatlarda mənzil başına çatmalı idi.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi bu gün Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb:

“Hazırda texniki problemin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib. Artıq əlavə qatar sərnişinləri götürüb və Gəncə istiqamətində hərəkətdədir. Qeyd edək ki, dayanma zamanı sərnişinlərə ödənişsiz çay, kofe və şirniyyat paylanılıb. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik”.
 








Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO