Yasamalda hündürmərtəbəli binada yanğın olub, tüstüdən zəhərlənən var

Yasamalda hündürmərtəbəli binada yanğın olub, tüstüdən zəhərlənən var

Hazırda oxunan: Yasamalda hündürmərtəbəli binada yanğın olub, tüstüdən zəhərlənən var

178954

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO