Şaxtalı hava fevralın 21-dək davam edəcək

Hazırda oxunan: Şaxtalı hava fevralın 21-dək davam edəcək

178745

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Quba-Xınalıq yolunu buz bağlayıb - VİDEO


Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. 

Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur.

Şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO