DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Hazırda oxunan: DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

178629

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftə sonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sadalanan əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO