Şimal-Qərb bölgəsində ötən gündən başlayan yağıntılı hava bu gün də fasilələrlə davam edir.
Bizim.Media-nın yerli bürosu Şəki Regional Hidrometeorologiya Müəssisəsinə istinadən xəbər verir ki, bu gecə bölgənin əksər dağlıq ərazilərində temperatur mənfi 2, aran ərazilərdə isə 0 dərəcə təşkil edib.
Son iki gündə havaların müsbət 20-21 dərəcədən 0-a enməsi, hətta mənfi təşkil etməsi iqlim dəyişmələrinə bariz misaldır.
Hazırda bölgədən keçən Qaraməryəm-İsmayıllı-Şəki və Şəki-Qax avtomobil yollarının bəzi hissələrində, eləcə də dağətəyi yaşayış məntəqələrinə gedən yollarda çiskinli-dumanlı hava şəraiti hökm sürür. Bu yollardan istifadə edən sürücülərdən xahiş edilir ki, sürət həddini aşmadan ehtiyatlı olsunlar. Havaların soyuması və qeyri-sabit keçməsinə baxmayaraq, bu günlər bölgə rayonlarında elektrik enerjisinin və mavi yanacağın verilməsində, eləcə də rabitə xətlərində heç bir problem qeydə alınmayıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:46 / 17.02.2024
Şimal-Qərb bölgəsində havanın temperaturu kəskin ENDİ
Hazırda oxunan: Şimal-Qərb bölgəsində havanın temperaturu kəskin ENDİ
Hazırda oxunan: Şimal-Qərb bölgəsində havanın temperaturu kəskin ENDİ
178580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.