Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov hökumətin yeni tərkibdə yer almayıb.
Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edirdi.
Xatırladaq ki, İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindən sonra Nazirlər Kabineti Azərbaycan Konstitusiyasının 116-cı maddəsində əsasən tam tərkibdə istefaya getmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:14 / 16.02.2024
SON DƏQİQƏ: Fikrət Məmmədov yeni hökumətdə YER ALMADI
Hazırda oxunan: SON DƏQİQƏ: Fikrət Məmmədov yeni hökumətdə YER ALMADI
Hazırda oxunan: SON DƏQİQƏ: Fikrət Məmmədov yeni hökumətdə YER ALMADI
178477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.