Sakinlərin NƏZƏRİNƏ: Masallının bəzi kəndlərində qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Masallının bəzi kəndlərində qaz olmayacaq

Hazırda oxunan: Sakinlərin NƏZƏRİNƏ: Masallının bəzi kəndlərində qaz olmayacaq

178379

Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır”, - deyə qurumdan bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO