Gəncədə bacısını öldürən şəxsin cinayət işi tamamlandı

Gəncədə bacısını öldürən şəxsin cinayət işi tamamlandı

Hazırda oxunan: Gəncədə bacısını öldürən şəxsin cinayət işi tamamlandı

178330

Xəbər verildiyi kimi ötən il noyabrın 2-də 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın öldürülməsi faktı üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kəlbəcər rayon prokurorluğu yayıb.

İbtidai istintaqla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hüseyn Abbasova Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO