Şəkinin Abbas kəndindən olan şəhid baş çavuş Saleh Məmmədovun cənnətdə keçirdiyi 29-cu doğum günü qeyd edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, anım tədbirində şəhidin ailə üzvləri, yaxınları, ziyalılar, məktəblilər iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Çıxış edənlər Saleh Məmmədovla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Vətən müharibəsində mərdliklə vuruşan, bu yolda canından keçən şəhidimiz əsl qəhrəmanlıq dastanı yazıb. Gələcək nəsillərə örnək olacaq igid baş çavuş Saleh Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın Qubadlının, Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Mərasimin sonunda Aşağı Layısqı və Aşağı Göynük kənd məktəblərinin şagirdləri vətənpərvər ruhda şeirlər söyləyiblər.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:11 / 15.02.2024
Şəhid doğum günündə anıldı - FOTO
Hazırda oxunan: Şəhid doğum günündə anıldı - FOTO
Hazırda oxunan: Şəhid doğum günündə anıldı - FOTO
178235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.