Bu gün Əməkdar artist Aygün Bəylərin ölümündən 40 gün keçir.
Bizim.Media xəbər verir ki, pərəstişkarları sosial şəbəkədə mərhum müğənni ilə bağlı xatirələrini və oxuduğu mahnıları bölüşüblər.
Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Bəylər yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Aygün ölümündən bir neçə gün əvvəl Heydər Əliyev Sarayında “Yaxşı ki, varsan!” adlı son solo konsertini verib. Konsertdən sonra qəfil halı pisləşən sənətçi dərhal Türkiyəyə yollanıb.
Rəşad Əliyev, Bizim.Media